FED.az xəbər verir ki, Beynəlxalq Bank marketinq departamentinə rəqəmsal marketinq (Google/Youtube) üzrə ekspert vakansiyası elan edir.
Eləcə də bax: "RDC" MMC işçi axtarır - VAKANSİYA
Görəcəyiniz işlər:
- Lead əsaslı reklam fəaliyyətinin həyata keçirilməsi;
- Kampaniyaların google və youtube üzrə reklam strategiyasının hazırlanması, inkişafı və nəzarəti;
- Reklam büdcələrinin idarəedilməsi və nəzarəti;
- Effektiv bit strategiyasının tətbiq edilməsi;
- Web kanallar üzrə istifadəçi datalarının toplanması, hədəf auditoriyalarının yaradılması, satış qıfının (sales funnel) yaradılması və uyğun olaraq retargeting strategiyasının qurulub tətbiq edilməsi;
- Reklamlar üzrə aylıq hesabatların tərtibi və nəzarəti.
Bizim üçün ideal namizəd:
- Rəqəmsal marketinq sahəsində minimum 3 il iş təcrübəsi olan;
- Google Display Network üzrə mükəməl bilikllərə sahib olan (əsasən dynamic retargeting, conversion əsaslı reklamların qurulması üzrə);
- Google Search üzrə mükəmməl bilikləri olan;
- SEO prinsiplərinə və alqoritmləri üzrə fundamental bilikləri olan;
- Google Analytics üzrə bilikləri olan;
- Google Tag manager üzrə təcrübəli;
- Son 1 ildə minimum 200K reklam büdcəsinin idarə oluması təcrübəsinə malik olan şəxsdir;
- Google Analytics, Google Search və Google Display Network üzrə sertifikatı olanlara üstünlük veriləcək.
Axtardığımız ideal namizəd sizsinizsə CV-nizi 15 aprel 2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Rəqəmsal marketinq (Google/Youtube) üzrə ekspert” şəklində göstərilməsi xahiş edilir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az