İş axtarışı heç zaman gündəmdən düşməyən mövzulardan biridir. Həm yeni məzun olmuş şəxslər, həm də hazırki iş şəraitindən narazı olub iş yerini dəyişmək istəyənlər, həm də ümumiyyətlə ixtisasını dəyişib sıfırdan karyera qurmaq istəyənlər, ilk addım olaraq öz bilik və bacarıqlarına əsasən vakansiyalar və yaxud təcrübə proqramları axtarmağa başlayırlar. Rəqəmsal dünyada yaşadığımızı və artıq əksər işlərimizi internet üzərindən həll edə bildiyimizi bir daha xatırlasaq, elə iş axtarışı üçün də ilk üz tutacağımız yerin təbii ki, internetdə paylaşılmış vakansiya elanları olacaq. Hər yaş, hər bacarıq üçün indiki dövrdə iş tapmaqda rəqəmsal platformalar əvəzolunmaz rol oynayır.
FED.az xəbər verir ki, bu baxımdan, Mymarket.az iş elanları və işəgötürənlər üçün unikal imkanlar təqdim edən, müasir tələblərə cavab verən bir platformadır. İstər iş tapmaq, istərsə də vakansiya yerləşdirmək istəyənlər üçün burada hər şey sadə və əlçatan şəkildə təşkil olunub.
Mymarket.az-da İmkanlar
Mymarket.az platformasında istifadəçilərə iş axtarışını asanlaşdırmaq üçün iki əsas funksiya təqdim olunur.Bunlardan birincisi vakansiya elanlarıdır:
-
Vakansiya Elanları:
Platformada müxtəlif sahələr üzrə geniş vakansiya seçimi mövcuddur. Təhsil, səhiyyə, texnologiya, ticarət və daha bir çox sektorda, Azərbaycanın hər bölgəsindən hər kateqoriyaya uyğun iş elanlarını burada tapmaq mümkündür. Şirkətlər burada vakansiyalarını paylaşaraq, doğru namizədlərə qısa müddətdə çatmaq istəyirlər.Bu da təbii ki, aktiv şəkildə iş axtaran şəxslər üçün gözəl fürsət deməkdir. Bu, həm işəgötürənlər, həm də iş axtaranlar üçün prosesi sürətləndirir. -
"İş Axtarıram" Bölməsi:
Mymarket.az-da yalnız vakansiyalarla kifayətlənməyib. İş axtaran şəxslər də öz elanlarını platformada yerləşdirə bilərlər. Bu bölmə işəgötürənlərin diqqətini cəlb etmək və qısa zamanda təkliflər almaq üçün mükəmməl vasitədir. İş tapmaq istəyən hər kəs burada öz peşəkar bacarıqlarını qeyd edərək uyğun iş təklifləri əldə edə bilər.
Bunun üçün Mymarket.az saytında qeydiyyatdan keçərək ‘’İş axtarıram’’ kateqoriyasına uyğun elan yaratmaq və şəxsi məlumatları doğru şəkildə yazaraq elanı dərc etmək lazımdır.
Mymarket.az-ın Üstünlükləri Nədir?
Mymarket.az iş elanları sahəsində ən geniş seçimləri təqdim edən platformalardan biri olaraq istifadəçilərinə bir sıra üstünlüklər verir.Burada :
-
Elanlar mütəmadi olaraq yenilənir və istifadəçilər ən son vakansiyalara çıxış imkanı qazanır.
-
İstənilən sahədə vakansiya axtarışı sadə və sürətli şəkildə həyata keçirilir.
-
Hər kəs öz ehtiyaclarına uyğun işi tapmaq üçün geniş axtarış imkanlarından faydalana bilər.
Mymarket.az platformasının istifadəsi necədir?
Mymarket.az-ın istifadəçi dostu interfeysi iş axtarışı prosesini maksimum dərəcədə asanlaşdırır. Saytda qeydiyyat prosesi sadədir və yalnız bir neçə dəqiqə vaxt alır. Platformada qeydiyyatdan keçmək istəyən istifadəçilər mobil nömrələri ilə qeydiyyatdan keçərək şəxsi kabinetlərini yarada və burada elanlara nəzarət edə bilərlər.
Əgər siz də iş axtarışında çətinlik çəkirsinizsə, Mymarket.az saytında daxil olun. Burada sizin üçün uyğun işi tapmaq, öz sahənizdə karyera yolunuza başlamaq və ya bu yolda yön dəyişdirmək, daha asan olacaq. Elanlar mütəmadi olaraq yeniləndiyi üçün hər zaman aktual vakansiyalarla tanış olmaq mümkündür.
Ümid edirik ki, qısa müddət ərzində arzuladığınız işə sahib ola biləcəksiniz. Heç zaman axtarışdan yorulub dayanmayın.Bəlkə də elə sizə ən uyğun iş bir sonraki müraciət edəcəyiniz vakansiya olacaq.Kim bilir?