Media Balans
Korporativ satış mütəxəssisi
Son tarix 28 okt 2022 - [email protected]
İş barədə məlumat:
- Yeni korporativ müştərilərin cəlb etmək.
- Şirkətin göstərdiyi xidmətlər barədə müştəriyə düzgün məlumat verilmək
- Şirkətin hədəf kütləsinə uyğun olaraq müştəri bazasını qurmaq, idarə etmək və genişləmdirmək.
- Rəqəmsal startup layihəsi üçün daxili komandalar və həlledici şəxslərlə müştəri arasındakı koordinasiyanı təmin etmək
- Aparılan startup layihəsinin xətasız formada irəliləməsi üçün bütün lazımı addımları atmaq, bu barədə müştəriləri və daxili komandanı məlumatlandırmaq
- Rəqəmsal startup layihəsinin uğuruna təsir edə biləcək riskləri, maneələri və fürsətləri əvvəlcədən müəyyənləşdirmək üçün araşdırma aparmaq və müştəri ilə əvvəlcədən hazırlıq görmək
- Şirkət və müştəri arasında olan sənədləşmə işlərini dəqiq və xətası aparılmaq
- Aylıq hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək
Namizədə tələblər:
- Yaş həddi: 25-45
- Marketinq, E-ticarət sahəsində təcrübəsi olanlara üstünlük veriləcək.
- Satış sahəsində ən azı 3 illik iş təcrübəsi olmalı
- MS Office proqramlarından ( xüsusilə də Excel) istifadə edə bilən
- Hesabat yazmaq, sənədləşdirmə və e-poçt kommunikasiyasında bacarığı olan
- İş intizamı və motivasiyası yüksək
- İnandırma və etirazı idarə etmə qabiliyyəti yüksək
- Aktiv, məqsədli və fokuslanmış işləməyə öyrəşmiş
- Yazılı və sözlü kommunikasiyası güclü olan
- Diksiya və danışıq qabiliyyəti olan
- Rus dili bilən (İngilis dili bilənlərə üstünlük veriləcək).
İş rejimi: Həftənin 5 günü 09:00-dan 18:00-dək +Servis
Nahar şirkət tərəfindən verilir.
Əmək haqqı: 800-1200 azn
Zəhmət olmasa CV-lərinizi göndərərkən mövzu yerinə "Korporativ Satış mütəxəssisi B2B" yazarsınız.