Company
Keyfiyyətə nəzarət üzrə şöbə müdiri
Son tarix 24 iyn 2023 - [email protected]
Namizədə Tələblər:
- Ali təhsil: Qida mühəndisliyi, Baytarlıq, Kimya, Mikrobiologiya və ya bunlara uyğun ixtisaslar
- Sertifikat: İSO 9001:2015, İSO 22000 və İSO 17025 standartının tələblərini bilməli, bu sahədə təlim almış olması və müvafiq sertifikatlara sahib olması arzu olunandır
- Qida istehsalı sahəsində Keyfiyyətə nəzarət və ya oxşar sahə üzrə ən azı 3-5 illik rəhbər vəzifə üzrə iş təcrübəsinin olması
- Rus və İngilis-dilini bilməsi arzu olunandır
- Əməyin mühafizəsi , qida təhlükəsizliyi və sanitar gigiyena mövzularında məlumatlı olmalı
- Kommunikasiya, planlama və təşkilatçılıq, yaradıcılıq və innovasiya, analitik düşüncə, nəticə yönümlülük, öyrənmə və dəqiqlik, müştəri yönümlülük, konfiliktlərin idarə edilməsi bacarığı
- MS Office programları (Word, Excell, Power-Point, Outlook), 1C proqramı üzrə biliklər.
Vəzifə öhdəlikləri:
- Müəssisənin istehsal etdiyi məhsulların keyfiyyətə nəzarət prosesinin aparılması
- Xammalın qəbulundan son məhsuladək olan mərhələləri nəzarət altında saxlamaq və müvafiq sənədləşmə işlərinin icrası;
- Gigiyenik, uyğunluq, idxal, baytarlıq icazələrinin alınması;
- Beynəlxalq standartların tələblərinə uyğun sənədləşmə işlərinin həyata keçirilməsi;
- Qida təhlükəsziliyi və keyfiyyətə nəzarət üzrə yoxlamalar keçirmək;
- Spesifikasiyaların hazırlanması;
- Sahələrdə risk analizinin aparılması;
- Səlahiyyətli orqanlarla müqavilələrin yoxlanılması;
- Keyfiyyətin idarəedilməsi üzrə uçot aparmaq və hesabatlar tərtib etmək;
- İstehsalat prosesinin bütün mərhələlərində xammalın, hazır məhsulun müştərilərə göndərilənədək müəssisənin bölmələrində və anbarlarda saxlanmasının düzgünlüyünə nəzarətin təmin edilməsi;
- Müəssisə daxili intizam qaydalarına, prosedur və təlimatlara, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigyena norma və qaydalarına riayət edilməsi;
- Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi;
- Qida Təhlükəsizliyi Qrupu ilə sistemin nəzərdən keçirmə iclaslarında iştirak etmək;
- Sistemin effektivliyini artırmaq və düzəldici önləyici fəaliyyət tədbirləri görmək;
- Uyğun olmayan məhsullarla bağlı həyata keçiriləcək prosedurlara qərar vermək, aşkar edilmiş uyğunsuzluqlarla bağlı uyğun olmayan məhsul hesabatını hazırlamaq;
- Müştərilərin qida təhlükəsizliyi ilə bağlı şikayətlərini izləmək və qeydlərini aparmaq;
- Hüquqi yoxlamaları müşayiət etmək, uyğunsuzluq aşkar edildikdə lazımi tədbirlərin görülməsi;
- Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
Əmək haqqı: 2000 – 3000 manat (təcrübədən asılı olaraq)
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla elektron ünvanına göndərmələri xahiş olunur.