İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis
Son tarix 23 fev 2023 - [email protected]
Əsas vəzifə öhdəlikləri:
-
İctimaiyyətlə və KİV-lə əlaqələri təşkil edir.
-
KİV nümayəndələri ilə əlaqələrin strategiyasını işləyib hazırlayır və idarənin korporativ imicinin formalaşması planını hazırlayır.
-
İctimaiyyətlə əlaqələr kampaniyalarının keçirilməsi planını hazırlayır və planlaşdırılmış aksiyaların idarənin imicinə təsirinin ölçülməsini təşkil etmək.
-
İctimaiyyətlə Əlaqələr kampaniyasının büdcəsini müəyyən etmək.
-
Təşkilatın elmi tədqiqatlar sahəsində əldə etdiyi nailiyyətlər, təşkilatın sosial-iqtisadi vəziyyətinin əsas istiqamətlərini işləyib hazırlayıb, üsullarını təqdim etmək.
-
Təşkilatın rəhbərləri ilə müsahibələri, mətbuat konfranslarını, brifinqləri, təşkil edir.
-
Təşkilatın fəaliyyəti haqqında mətbuat yayımının, korporativ bülletenlərin, idarənin ümumi hesabat sənədlərinin təşkilinin fəaliyyəti haqqında digər məlumatları kütləvi mətbuat vasitələri üçün hazırlanmasını təşkil etmək.
-
Təşkilatın fəaliyyəti ilə bağlı ətraf mühiti təhlil etmək, sorğular təşkil etmək və təşkilatın siyasətinə və imicinə olan münasibətlərin aşkar edilməsi üçün ictimaiyyət ilə müsahibə üçün anketləri təşkil etmək.
-
İctimaiyyətin öyrənilməsi mərkəzləri ilə qarşılıqlı əlaqələrin təşkil olunması, təşkilatın fəaliyyəti haqqında ictimaiyyətin fikrini öyrənmək üçün xüsusi poqramları hazırlamaq.
-
İctimaiyyətin təşkilatın fəaliyyəti haqqında olduqları fikrini təşkilatın rəhbərliyinə çatdırır.
-
Cəmiyyətin sosial, iqtisadi və siyasi baxışlarını təhlil edir, gələcək üçün proqnozları işləyib hazırlayır və xoşagəlməz tendensiyaları vaxtından əvvəl üzə çıxarır.
-
KİV sorğularını təhlil etmək və ictimaiyyətin nüməyəndələrini təşkilatın fəaliyyəti ilə məlumatlandırmaq, təşkilatın bu və ya digər tədbirləri ilə ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislərin məlumatlandırılması.
-
Reklamsız ictimaiyyətin diqqətini cəlb etmək üçün və təşkilatın imicini artırmaq üçün məlumatlandırıcı vasitələrdən (sərgi, prezentasiya və s.) istifadə etmək.
-
Təşkilatın cürbəcür tədbirlərdə iştirak etməsi təkliflərini təhllil etmək (sərgilərdə, mətbuat konfransı, festivallar və s).
-
Təşkilatın bütün uğurlu addımları haqqında məlumatların yayımında bütün lazım olan vasitələrdən təşkilatın çisəklənməsi üçün istifadə etmək.
-
İctimaiyyətlə Əlaqələr kampaniyalarının keçirilməsinin effektivliyini təhlil etmək.
-
KİV-n təşkilat haqqında yaydıqları məlumatları ümumiləşdirmək, təhlil etmək və rəhbərliyin diqqətinə çatdırmaq.
-
Təşkilatın ünvanına yönəldilmiş tənqidi rəylərə cavab vermək (cavab çıxışlarını hazırlamaq, effektiv formada tənqidləri şərh etmək və aydınlaşdırma aparmaq üçün mətbuat konfranslarını təşkil etmək).
-
KİV-lə qarşılıqlı əlaqələrin inkişafı üçün təşkilatın rəhbərləri üçün müvafiq treyninqlərin təşkil edilməsi.
-
Rəqiblərin ictimaiyyətlə əlaqələr strategiyasını təhlil etmək və onların zəif tərəflərini üzə çıxartmaq.
-
Korporativ daxili tədbirlərin keçirilməsi üçün rəy yığmaq üçün təşkilatın işçiləri arasında sorğuları təşkil edir.
-
Təşkilatın ictimaiyyətlə əlaqələr işinin arxivini təşkil etmək.
-
Təşkilatın rəhbərlərinə görülən işlərin hesabıtını təqdim etmək.
-
Yeni tendensiyaların müəyyən edilmsi məqsədilə bazara daim baxış keçirilməsi və şirkətə ən çox uyğun gələnlərinin tətbiq edilməsi.
-
Sosial şəbəkələrdə olan səhifələrin idarə edilməsi.
Tələb olunan peşə-ixtisas səviyyəsi:
-
Ali təhsil;
-
Azərbaycan, rus və ingilis dilində sərbəst yazı və danışıq qabiliyyəti;
-
KİV və digər vasitələrlə işləmə əsaslarını;
-
PR-ın və PR kampaniyalarının planlaşdırılması prinsiplərini;
-
PR kampaniyaların təşkili və həyata keçirilməsi metodlarını;
-
KİV-in strukturu və funksiyalarını;
-
Daxili korporativ PR və digər PR istiqamətlərinin əsaslarını;
-
Reklam işinin əsaslarını bilməlidir;
-
Əla kompüter bilikləri (Microsoft Office)
-
Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
-
Əla ünsiyyət qurmaq və yaxşı komanda üzvü olmaq bacarığı;
-
İşçi heyəti ilə işləmək bacarığına malik olmalı.
Əmək haqqı: yarım ştat üçün 1000-1500, tam ştat üçün 1500-3000