Azərbaycan Respublikasının Mərkəzi Bankı
Hüquq məsləhətçisi
Son tarix 18 mar 2025 - Müraciət et
Struktur bölmənin adı:
- Kapital bazarı fəaliyyətinə dair siyasət və tənzimlənmə departamenti \ Tənzimlənmə və nəzarətin metodologiyası şöbəsi
Vəzifənin funksiyaları:
- Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin, investisiya fondları və investisiya fondlarının idarəçilərinin fəaliyyətinin tənzimlənməsinə və nəzarətin təşkilinə dair normativ-metodoloji bazanın formalaşdırılması və mövcud bazanın təkmilləşdirilməsi üzrə normayaratma fəaliyyətində iştirak;
- Kapital bazarını tənzimləyən qanunvericilik aktlarının hazırlanmasında iştirak;
- Mərkəzi depozitar, klirinq təşkilatı və fond birjasının daxili qaydalarının optimallaşdırılması üzrə təkliflər hazırlanmasında iştirak, fond birjasının və klirinq təşkilatının daxili qaydalarının təhlilində və rəyin bildirilməsində iştirak;
- Lisenziyalaşdırılan şəxslərdən, habelə beynəlxalq təşkilatlar və yerli qurumlardan daxil olan sorğuların aidiyyəti üzrə cavablandırılmasında iştirak edir;
- Kapital bazarının iştirakçıları üzrə requlyativ çərçivəyə nəzərdə tutulan əlavə və dəyişikliklərinə kapital bazarı sektorunun mövqeyini qiymətləndirilməsində iştirak, lisenziyalaşdırılan şəxslər ilə kommunikasiyanın həyata keçirilməsində iştirak;
- Kapital bazarına dair maliyyə savadlılığının artırılması üzrə tədbirlərdə iştirak;
- Şöbənin fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi, araşdırmaların aparılması və təkliflərin hazırlanmasında iştirak edir;
Texniki kompetensiyalar:
- Qiymətli kağızlar bazarı haqqında qanun (yüksək səviyyədə)
- Mülki Məcəllənin 4-cü və 54-cü fəsilləri (yaxşı səviyyədə)
- Qiymətli kağızlar bazarının tənzimlənməsi üzrə normativ baza (yaxşı səviyyədə)
- İnvestisiya fondları haqqında qanun (yaxşı səviyyədə)
- Maliyyə sistemi, maliyyə bazarları və alətləri (orta səviyyədə)
- Kapital bazarı sahəsində biliklər (orta səviyyədə)
Təcrübə:
- Maliyyə sektorunda, investisiya sahəsində və ya iqtisadi sektorda hüquq məsləhətçisi kimi 2 illik iş təcrübəsi
Təhsil:
- Hüquqşünaslıq ixtisası üzrə ali təhsil
Dil bacarığı:
- Səlis azərbaycan dili, yaxşı səviyyədə ingilis dili bacarığı
Kompüter bacarıqları:
- MS Office proqramları (yaxşı səviyyədə)
Sertifikatlar:
- Kapital bazarı sahəsində peşəkar sertifikatlar arzuolunandır