Azərbaycan Respublikası Mərkəzi Bankı
İqtisadçı
Son tarix 10 sen 2024 - Müraciət et
Struktur: Maliyyə sektorunun dayanıqlı inkişafı departamenti/Dayanıqlı maliyyə şöbəsi
Vəzifə: İqtisadçı
Vəzifənin funksiyaları:
1.Maliyyə institutlarının iqlim dəyişmələri və ESİ (ekoloji, sosial və idarəetmə) risklərinin idarə edilməsi və fürsətlərinin qiymətləndirilməsi üzrə potensialının artırılması üzrə təlim planının hazırlanmasında iştirak edir;
- Maliyyə institutlarının fəaliyyətinə ESİ prinsiplərinin inteqrasiyasını təmin edilməsi ilə bağlı təkliflər verir və aidiyyəti məsələləri həll edir;
- İqlim dəyişmələri və ESİ risklər nəticəsində yarana biləcək maliyyə sabitliyi risklərinin idarə edilməsi məqsədilə makroprudensial alətlərin araşdırılmasında iştirak edir;
- Dayanıqlı maliyyələşmənin təmin edilməsi məqsədilə ekosistemin formalaşdırılması üçün tənzimləyici çərçivə üzrə araşdırma aparır və təkliflər formalaşdırılmasında iştirak edir;
- İqlim və digər ətraf mühit dəyişikliyindən yaranan risklərin maliyyə institutlarına nəzarət çərçivəsinə inteqrasiya edilməsi üzrə araşdırma aparır və təkliflərin hazırlanmasında iştirak edir;
- Maliyyə sektorunda iqlim dəyişmələri və ESİ riskləri üzrə məlumat bazasının formalaşdırılmasında və saxlanılmasında iştirak edir;
- Maliyyə bazarlarının sabitliyinə və dayanıqlığına təsir edə biləcək iqlim dəyişmələri risklərinin və təsirlərinin müəyyən edilməsində və qiymətləndirilməsində iştirak edir;
- Maliyyə bazarlarının iqlim riskləri üzrə ssenari analizlərinin hazırlanmasında, stress testlərin aparılmasında və onların metodologiyasının formalaşdırılmasında iştirak edir;
- İqlim dəyişmələri və ESİ amilləri üzrə maliyyə sektorunda dövri hesabatlığın təmin edilməsində iştirak edir;
Texniki kompetensiyalar
- Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında qanun
- Dayanıqlı maliyyə üzrə yerli tənzimləmə və qabaqcıl təcrübə
- Ümumi iqtisadiyyat
- Bankçılıq, sığorta işi, kapital bazarları
- Ekonometrika
- Maliyyə sistemi, maliyyə bazarları və alətləri
Təcrübə
- Maliyyə sektorunda, və ya iqtisadi sektorda ən azı 2 illik iş təcrübəsi
Təhsil
- Ali təhsil (iqtisadiyyat/idarəetmə/maliyyə)
Dil bacarığı
- Səlis azərbaycan, yaxşı səviyyədə ingilis dili bacarığı yaxşı səviyyədə rus dili bacarığı arzuolunandır
Kompüter bacarıqları
- MS Office proqramları – yaxşı səviyyədə
Sertifikatlar
- ESG sahəsində sertifikasiyalar (CFA, Frankfurt School, GRİ və s.) arzuolunandır
Müraciət üçün son tarix: 09.09.2024
Müraciət linki : https://www.cbar.az/hr/f?p=100:106