Azərbaycan Dəmir Yolları
İnsan resursları üzrə analitik
Son tarix 23 okt 2023 - Müraciət et
Vəzifə öhdəlikləri:
- Strukturlar, təşkilati rollar, işə qəbul, əməkhaqqı, mükafatlar və müavinətlər, kadr axını və s. kimi İR məlumatlarını toplamaq, təmizləmək, strukturlaşdırmaq və emal etmək;
- Şirkətin hədəflərini dəstəkləyən və insan resursları təcrübələrinin effektivliyini təmin edən statistik və analitik hesabatlar hazırlamaq;
- Ssenario analizləri və modelləri hazırlamaqla biznes problemlərin aradan qaldırılması üçün effektiv həllər təklif etmək;
- Rəhbərliyin məlumat əsaslı qərarvermə imkanlarını genişləndirmək üçün təhlillər aparmaq və təkliflər vermək;
- İR trendlərini izləmək, dövrün tələblərinə uyğun, şirkətin hədəflərini dəstəkləyən İR metrikləri üzrə analitik hesabatlar hazırlamaq;
- İR təhlil və hesabatlıq prosesinin avtomatlaşdırılmasını təmin etmək;
- İnsan resurslarının funksional sahələr üzrə fəaliyyət effektivliyi hesabatları hazırlamaq;
- İR xərc maddələri üzrə məlumatları toplamaq və analiz etmək, aylıq, rüblük və il sonu proqnozları hazırlamaq;
- Büdcələmə dövründə xərc mərkəzləri və xərc hesabları üzrə insan resursları büdcəsini hazırlamaq;
- İnsan resursları xərclərinin uçotu üzrə prosesin monitorinqini təmin etmək;
- Şirkətin funksiyaları, təşkilati səviyyələr və təşkilati rollar üzrə seqmentləşdirilmiş analizlər aparmaq və hesabatlar hazırlamaq.
Namizədə dair tələblər:
- Təhsil səviyyəsi: Ali (İqtisadiyyat və idarəetmə, riyaziyyat, maliyyə və s. istiqamətləri üzrə ali təhsil arzu olunandır);
- İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 1 il;
- Kompüter bilikləri: MS Office (Excel-sərbəst), Power BI-yaxşı;
- İnsan resurslarının idarəolunması, prosedurları haqqında biliklərə sahib olmalı;
- Namizədlərin magistr təhsilinin olması arzuolunandır;
- Namizədlərin ingilis və rus dillərini bilməsi arzu olunandır;
Tələb olunan funksional keyfiyyət meyarları:
- Məlumat əldə etmə;
- Analtik düşüncə;
- Diqqətlilik.
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00;
- Şənbə və Bazar istirahət günü.
Müraciət etmə qaydaları:
Göstərilən tələblərə cavab verən namizədlər 22.10.2023 tarixinədək aşağıda qeyd olunan link vasitəsilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi karyera portalına keçid edərək vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.