Misir və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Aralıq dənizi sahilində “Ras əl-Hikmə” kurortunun tikintisinə dair 35 milyard dollar dəyərində investisiya sazişi imzalayıblar.
Tarixdə ilk: Antalya turistlərin sayına gorə Paris və Nyu-Yorku geridə qoydu
FED.az xəbər verir ki, bununla bağlı Misirdə imzalanma mərasimi keçirilib.
“Rəs əl-Hikmə”nin tikintisi Misir və BƏƏ arasında əməkdaşlıq tarixində ən böyük layihədir: onun sahəsi nə az, nə çox 170,8 milyon kvadratmetr olacaq”, - deyə Misirin Baş naziri Mustafa Madbuli bildirib. Onun sözlərinə görə, bu sövdələşmə "Misir tarixində birbaşa investisiyalar sahəsində ən böyük sazişdir". Madbuli əlavə edib ki, BƏƏ iki ay ərzində ölkəyə 35 milyard dollarlıq birbaşa investisiya ayıracaq.
Kurort ərazisində mehmanxanaların, əyləncə zonalarının və ixtisaslaşdırılmış biznes məhəllələrinin tikilməsi nəzərdə tutulur. Ərazində beynəlxalq hava limanının tikintisi də planlaşdırılır. Madbuli hesab edir ki, kurort Misirə ən azı 8 milyon turist cəlb edəcək, ona görə də Qahirə tikintini mümkün qədər tez başa çatdırmaq niyyətindədir.
Cümə günü imzalanmış müqaviləyə əsasən, Misir tərəfi kurortun gəlirlərinin 35 faizini almaq hüququna malik olacaq.
Ras əl-Hikmə qəsəbəsi Aralıq dənizinin sahilindəki Matruh əyalətində yerləşir. Bölgədəki çimərliklərin ümumi uzunluğu 50 kilometrə çatır. Bu ərazidə turistlərin marağına səbəb ola biləcək çoxlu tarixi yerlər var. (Azərtac)