Gürcüstan Xarici İşlər Nazirliyi Azərbaycanla quru sərhədlərinin açılması məsələsini nəzərdən keçirir.
Eləcə də bax: Bakıda Azərbaycan-Gürcüstan biznes forumu - KEÇİRİLƏCƏK
FED.az bu barədə Gürcüstan KİV-lərinə istinadən məlumat verir.
"Azərbaycan və Gürcüstanın fəal əməkdaşlığı sayəsində hava nəqliyyatı ilə hərəkət edən sərnişinlərlə bağlı məhdudiyət ləğv edilib. Yerüstü nəqliyyatla hərəkət edən sərnişinlərə gəldikdə bu istiqamətdə qaydaların yumşalması üçün işlər aparılır", - Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Qeyd edək ki, Gürcüstanla Azərbaycan arasında quru sərhədlərinin açılması məsələsi bir neçə dəfə rəsmilər arasında müzakirə olunub. (Trend)