Avropada yaşamayanlar üçün Avropa Birliyi ölkələrində vətəndaşlaqı almaq imkanı araşdırılıb.
Kanadanın immiqrasiya agentliyi CanadaCIS vətəndaşlığı haradan əldə etməyin ən asan olduğunu müəyyən etmək üçün Avropa Birliyi ölkələrində araşdırma aparıb. Tədqiqat 2009-2021-ci illər arasında immiqrasiya məlumatları toplanaraq aparılıb.
FED.az-ın məlumatına görə, araşdırma göstərir ki, Avropa Birliyi ölkələri arasında ən asan vətəndaşlıq almaq imkanı İsveçdədir – burada hər on ərizəçidən biri pasport alır (müraciət edənlərin 9,3%). İsveç həm kişilər, həm də qadınlar üçün ən yüksək vətəndaşlıq qəbuluna malikdir. Hər 100 ərizəçi üzrə qadınların 10,02%-i, kişilərin isə 8,66%-i qəbul alır. Sonrakı ölkələr bu məsələdə İsveçdən çox uzaqdadır.
İsveçdən sonra Hollandiya, Portuqaliya və İslandiya gəlir, burada vətəndaşlıq almaq imkanı təxminən 4% təşkil edir.
Estoniya isə Avropa İttifaqı üzvü olmayanların vətəndaşlıq almaqda ən çox çətinlik çəkdiyi 10 ölkə arasında birinci yerdədir. Bu ölkəyə vətəndaşlıq üçün müraciət edən hər 200 nəfərdən yalnız biri (0,6%) qəbul alır.
Ən çətin ölkələr siyahısında sonrakı yerlərdə üçüncü ölkə sakinlərinin 1%-dən azının pasport aldığı Latviya, Çexiya və Litva dayanır, Avropa üzrə orta göstərici 3,56%-dir.
Avstriya, Lixtenşteyn və Slovakiya müvafiq olaraq beşinci, altıncı və yeddinci yerləri tutur, üçüncü ölkə sakinlərinin 2%-dən azına vətəndaşlıq verən Sloveniya və Almaniya üçüncü yerdədir. Nəhayət, Danimarkada vətəndaşlıq nisbəti 2% təşkil edir.