Bu ilin yanvar-noyabr aylarında Azərbaycana səfər etmiş 1 milyon 277 min 170 nəfər əcnəbi turist ümumilikdə 2 milyard 197 milyon 562 min dollar pul xərcləyib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bunun da 935 milyon 393 min dolları nəqliyyatın, 437 milyon 278 min dolları yerləşmə xidmətinin, 463 min 322 min dolları qidalanmanın, 11 milyon 650 min dolları idman və əyləncə xidmətlərinin, 250 milyon 681 min dolları isə malların və hədiyyələrin alınmasının payına düşüb.
Ümumilikdə orta hesabla 1 turistin orta hesabla çəkdiyi xərc 1 720 dollar, nəqliyyat üzrə 733 dollar, yerləşmə üzrə 343 dollar, qidalanma üzrə 363 dollar, idman və əyləncə xidmətlərinə 9 dollar, malların və hədiyyələrin alınması üzrə isə 196 dollar təşkil edib.
Ən çox pul xərcləyən turistlər isə Rusiya (798 milyon 958 min dollar), Hindistan (207 milyon 908 min dollar), Türkiyə (187 milyon 948 min dollar) və Səudiyyə Ərəbistanından gələn (168 milyon 123 min dollar) turistlərdir.
Rusiyalı turistlər orta hesabla 1 561 dollar, hindli turistlər 2 136 dollar, türkiyəli turistlər 1 549 dollar, ərəblər isə 2 387 dollar xərcləyib.