Cari ilin doqquz ayında Azərbaycana səfər edən turistlərin 63,7%-ni yəni 665 min 114 nəfərini kişilər, 36,3%-ni və ya 379 min 167 nəfərini qadınlar təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Kişi turistlərin sayı illik müqayisədə 96 min 24 nəfər (16,9%), qadın turistlərin sayı 160 min 440 nəfər (73,4%) artıb.
Keçən il bu göstərici müvafiq olaraq 569 min 090 nəfər və 218 min 727 nəfər olub.