Aqrar Subsidiya Şurasının qərarı ilə Azərbaycan Prezidentinin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda müəyyən edilmiş kənd təsərrüfatında məhsuldarlığın və istehsalın artırılması, müasir suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsi, emal və ixrac yönümlü istehsalın təşviqi, heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması, eləcə də ölkənin ərzaq təminatının gücləndirilməsi hədəflərinə uyğun olaraq yeni subsidiya mexanizmləri və subsidiya şərtlərində dəyişikliklər təsdiq edilib.
Azərbaycanda heyvanların erkən kəsiminin qarşısını almaq üçün subsidiya tətbiq ediləcək
FED.az xəbər verir ki, heyvanların genetik potensialının yüksəldilməsi məqsədilə mövcud süni mayalanma subsidiyası diferensiallaşdırılacaq.
Yerli cins heyvanların süni mayalanmasından alınan birinci nəsil buzovlara 75 manat, ikinci və sonrakı nəsillərə 150 manat, yerli damazlıq təsərrüfatların yüksək məhsuldar cins heyvanlarından alınan buzovlara 50 manat, embrion köçürmə nəticəsində alınan buzovlara isə 250 manat subsidiya veriləcək.












