Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi elan etdiyi tenderin nəticələrini açıqlayıb.
Bu şirkət film çəkilişindən 1 milyondan çox - PUL QAZANACAQ
FED.az xəbər verir ki, qurum sözügedən tenderi iyun ayında keçiriləcək bir sıra tədbirlərin təşkili üçün elan etmişdi. Tenderin qalibi "Simplex" QSC (VÖEN: 2601600121) olub.
Qalib şirkətlə bağlanmış müqavilənin ümumi dəyəri 823 000 AZN təşkil edir. Bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).
Qeyd edək ki, “Simplex” QSC 2015-ci ildə yaradılıb, nizamnamə kapitalı 2 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Elmir Fətullayev Tofiq oğludur. Hüquqi ünvanı Az1022, Bakı Şəhəri Nəsimi Rayonu, Cəlil Məmmədquluzadə, Ev 102a Sity Point ünvanında yerləşir.