Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tut ipəkqurdunun barama sarıma və hibrid tut ipəkqurdu toxumu istehsalı avadanlıqlarının satın alınması məqsədilə açıq tender elan edir.
Bakı Metropoliteni tender - ELAN EDİR
FED.az xəbər verir ki, tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. İddiaçılar öz tender təkliflərində bütün vergi və rüsumları, eləcə də digər xərcləri nəzərə almalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar tender üçün müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqəyə aid təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.
Əlaqələndirici şəxs – İlqar Mehdiyev, telefon - (+99412)(498-89-14)(1328)
e mail: [email protected]
İştirak haqqı 500 manatdır.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:
• Təşkilat- Kənd Təsərrüfatı Nazirliyi
• VÖEN- 1700069791 (Kənd Təsərrüfatı Nazirliyi)
• Hh- AZ94CTRE00000000000002188301 (AZN) (mərkəzi aparat)
• VÖEN-1401555071 (Dövlət Xəzinədarlığı Agentliyi)
• Bank- Dövlət Xəzinədarlığı Agentliyi
• Büdcə səviyyəsinin kodu- 7
• Büdcə təsnifatının kodu- 142330
• Kod- 210005
• Mh- AZ41NABZ01360100000000003944
• S.W.I.F.T. Code: CRTEAZ22
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır və ya tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox);
- vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;
- son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;
- iddiaçının fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam hüquqi adı, statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- Dövlət Statistika Komitəsindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə aid olmaları haqqında arayış.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.Tender proseduru ”Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 7 iyul 2021-ci il saat 11.00 -a və tender təklifi ilə bank təminatı sənədlərini isə 15 iyul 2021-ci il saat 18.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər.
İddiaçıların təklifləri 16 iyul 2021-ci il saat 11.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə portal vasitəsi ilə tanış ola bilərlər.
QEYD – tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.