2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda elektron satınalmalar nəticəsində dövlət büdcəsinə 786,6 milyon manat qənaət edilib.
Dövlət agentliyi üçüncü ildir ki, eyni şəxsdən eyni məbləğə - BİNA İCARƏYƏ GÖTÜRÜR
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 40,5 % çoxdur.
"Dövlət satınalmalarında qənaət məbləğinin artması büdcə vəsaitlərindən səmərəli istifadənin göstəricilərindən biridir. Bu, dövlət satınalmaları prosesində rəqabət mühitinin və maliyyə intizamının güclənməsini əks etdirir", - məlumatda qeyd olunub.











