"İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi" PHŞ tərəfindən Mingəçevir şəhəri, N.Nərimanov küçəsi 26A-da yerləşən 100 m² sahəli 1 mərtəbəli qeyri-yaşayış obyektinin icarəsi üzrə satınalma həyata keçirilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, satınalmanın qalibi fiziki şəxs Məmmədov Elsevər Allahverdi oğlu (VÖEN: 2700729002) olub. Müqavilənin dəyəri 10 465 manat təşkil edir. Satınalma "Bir mənbə" metodu ilə reallaşdırılıb.
Qeyd edək ki, Elsevər Məmmədov Agentliklə uzunmüddətli əməkdaşlıq edir. Həmin obyektin icarəsi üzrə 07.03.2025 və 06.06.2024 tarixlərində də eyni məbləğdə (10 465 manat) müqavilələr imzalanıb.











