Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
Azərbaycan bölməsi üzrə - Riyaziyyat müəllimi
NAMİZƏDƏ TƏLƏBLƏR
• Tələb olunan sahədə bakalavr və ya magistr dərəcəsi;
• Azərbaycan dilində mükəmməl danışma və yazma bacarığı, rus və ingilis dilləri arzuolunandır;
• Tələb olunan sahədə ən az 3-5 il müddətində pedaqoji təcrübə;.
• 6 -18 yaş qruplarını əhatə edən təhsilalanlarla böyük həvəslə işləmək istəyi, kollektivdə bir komanda olaraq işləmək bacarığı
• Riyaziyyat fənni üzrə Respublika və beynəlxalq miqyasda təşkil olunan fənn olimpiada proqramı haqqında biliklərə malik olan namizədlərə üstünlük verilir.
ÖHDƏLİKLƏR
• Təhsil yönümlülük və təhsilalanların təlimatlandırılması;
• Müasir / İnteraktiv təlim metodların və yeni pedaqoji texnilogiyaların tədbiq edilməsi;
• Məktəbin tədris planının tələb və rəhbər prinsiplərinə riayət olunmasını təmin etmək üçün müvafiq tədris proqram və təlim materialların hazırlanması;
• Keyfiyyətli təlimin təmin edilməsi, o cümlədən analitik düşünmənin stimullaşdırılması;
• Respublika və beynəlxalq fənn olimpiada qruplarının hazırlanması;
• Şagird nailiyyətləri barədə əhəmiyyətli və vaxtında rəy vermək;
• Məşğuliyyət tam iş günü nəzərdə tutur.
Maraqlanan namizədlər (Word və ya PDF formatında) 1) sizin maraq və müvafiq vəzifəyə uyğunluq haqqında məktub (250-300 söz) və 2) cari CV şəkil ilə birlikdə təqdim etməlidirlər. Bu materiallar mövzu hissəsində iddia etdiyiniz vəzifənin adı qeyd olunmaqla (məsələn, riyaziyyat müəllimi), [email protected] electron ünvanına göndərilməlidir.
Yalnız seçilmiş namizədlər dəvət olunacaq. Qəbul prosesi müvafiq prosedura uyğun keçiriləcəkdir.
Kompleks yüksək səviyyəli işə qəbul üçün rəqabət qabiliyyəti və cəlbedici şərait təklif edir. Kompleks haqqında daha ətraflı məlumat üçün, http://www.mtk.edu.az/en/ linkinə müraciət edilə bilər.
Son müraciət tarixi: 13 Yanvar 2019-cu il.