Somali Federativ Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Fəthudin Əli Məhəmməd SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olub.
Səfər zamanı BANM ilə Somali Federativ Respublikası arasında ikitərəfli akademik əməkdaşlıq və təhsil sahəsində potensial imkanlar müzakirə edilib. Görüşdə, 2025/2026-cı tədris ilində Somalidən gələcək tələbələrin BANM-da təhsilə cəlb olunması məsələsi ilə bağlı fikir mübadiləsi aparılıb. Əcnəbi tələbələr üçün yeni yaradılmış Heydər Əliyev qrantı da bu imkanları genişləndirən vacib addım kimi qeyd edilib.
Görüşün sonunda, hər iki ölkənin müvafiq məsul strukturlarının məlumatlandırılması və qarşılıqlı faydalı tərəfdaşlıq qurulması barədə razılığa gəlinib. Cənab Fəthudin Əli Məhəmməd, 2025-ci ilin aprel ayına qədər Somalidən tələbə seçimi ilə bağlı tədbirlərin görülməsini çağırıb.
Görüşün sonunda kampus turu baş tutub.