«Bank Respublika» təhsil haqqı kreditlərinə start verib.
FED.az-ın məlumatına görə, bank ölkə ərazisində fəaliyyət göstərən ali, peşə-ixtisas və orta məktəblərdə ödənişli təhsil alan tələbə və şagirdlərin təhsil haqqlarının ödənilməsi üçün təhsil haqqı krediti təklif edir.
Təhsil haqqının məbləği 500-10,000 manat aralığında dəyişir, kredit maksimum 12 ay müddətində , illik 20%-lə verilir, komissiya haqqı 1%-dir. Kreditin məbləği 3000 manata qədər olanda zamin tələb edilmir.
Təhsil haqqı krediti üçün tələb edilə sənədlər:
1.Ərizəçinin şəxsiyyəti təsdiq edən sənəd;
2. Tələbənin şəxsiyyətini təsdiq edən sənəd;
3. Gəlirləri təsdiq edən sənəd;
4. Müvafiq təhsil müəssisəsindən təqdim edilmiş və tələbənin ödənişli əsaslarla təhsil aldığını təsdiq edən arayış;
Qeyd: Şəxsiyyəti təsdiq edən sənədlər vasitəsilə əzirəçi və tələbənin qohumluq dərəcəsi sübut oluna bilməzsə nigah və ya doğum haqqında şəhadətnamə tələb edilə bilər.