Dövlət məktəbəqədər təhsil müəssisələri və dövlət ümumi təhsil müəssisələrinə lisenziya verilməsinə görə dövlət rüsumu alınmayacaq.
FED.az xəbər verir ki, bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklər bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılıb.
Hazırda qüvvədə olan qanun layihəsinə görə, məktəbəqədər təhsil müəssisələri lisenziya verilməsinə görə 1 250 manat, ümumi təhsil müəssisələri (liseylər və gimnaziyalar daxil olmaqla) isə 10 000 manat dövlət rüsumu ödəməlidirlər.
Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Eləcə də bax: Təhsil müəssiəsələrinin akkreditasiyadan keçirilməsinə görə rüsum tutulacaq