Banner

Təhsil və elm

İslam İnkişaf Bankı Azərbaycanda təqaüd proqramı - ELAN ETDİ

İslam İnkişaf Bankı Azərbaycanda təqaüd proqramı - ELAN ETDİ | FED.az
11:50 21 Yan 2019

İslam İnkişaf Bankı (İİB) 2019-2020-ci tədris ili üçün təlim, təhsil və tədqiqat təqaüd proqramları elan edib.

 

FED.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, proqrama əsasən, peşə təhsili, bakalavriat, magistratura, doktorantura, doktorantura sonrası tədqiqat səviyyələri üzrə təqaüdlər təklif olunur.

 

Təqaüd proqramının tədris dili ingilis dilidir. Təhsil haqqı, yaşayış xərcləri, tibbi sığorta və gediş-gəliş bileti İslam İnkişaf Bankı tərəfindən ödəniləcək.

 

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları tələb olunan sənədləri cari ilin fevralın 28- dək  https://isdbscholarships.smartsimple.com/s_Login.jsp   səhifəsinə göndərməlidirlər.

 

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsi ilə tanış ola bilərsiniz.

Digər xəbərlər

Banner