Bu tədris ilində Şuşada məktəb fəaliyyətə başlayacaq.
Yeni tədris ilində Şuşa, Laçın və Füzulidə dörd məktəb açılacaq - SİYAHI
FED.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı media üçün keçirilən brifinq zamanı deyib.
Nazir qeyd edib ki, əhalinin oraya köçürülməsi plana uyğun keçirilir.
“Müəllimlərin yerləşdirilməsi prosesi gedir. Məktəbin ikinci yarımildən fəaliyyətə başlaması daha real görünür. Lakin daha tez də ola bilər”,- deyə nazir əlavə edib.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin media üçün brifinq keçirir. Brifinqdə elm və təhsil naziri Emin Əmrullayev çıxış edir. (Trend)