Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov DAAD Regional Tbilisi ofisinin rəhbəri Gebhard Reul və təhsil və təqaüd proqramları üzrə koordinator Sevər Qarayevanı qəbul edib, əməkdaşlıq imkanları və gələcək təşəbbüslər barədə fikir mübadiləsi aparıb.
Daha sonra məktəbdə DAAD (Alman Akademik Mübadilə Xidməti) təqaüdlərinə dair məlumat sessiyası keçirilib.
FED.az xəbər verir ki, tədbirdə iştirakçılara Almaniyada təhsil imkanları, təqaüd proqramları və qəbul prosesi haqqında ətraflı məlumat verilib.
Görüş zamanı DAAD təqaüdlərinin növləri, xüsusilə magistratura səviyyəsində olan proqramlar və Alman dili yay məktəbləri üçün nəzərdə tutulmuş təqaüdlər ətrafında müzakirələr aparılıb.