Almaniyanın Ruhr Universitetinin dosenti Dr. Elxan Riçard Sadıq-Zadənin adı dünyanın ən yaxşı alimlərinin 2 faizini təşkil edən reytinq cədvəlinə daxil edilib.
Magistratura təhsili alır, Dövlət Agentliyinə direktor - TƏYİN OLUNDU
FED.az xəbər verir ki, ABŞ-ın Stenford Universiteti və “Elsevier” jurnalının versiyası üzrə azərbaycanlı alim iqtisadiyyat sahəsində bu mərtəbəyə yüksəlib. Ekspertlər ciddi məlumat bazasına əsaslanan bu mükafata azərbaycanlı alimin layiq olduğunu bildiriblər.
Qeyd edək ki, Dr. Elxan Riçard Sadıq-Zadə həm də Azərbaycan diasporunun fəal üzvlərindən biridir.
Diasporla İş üzrə Dövlət Komitəsi bu yüksək nailiyyət münasibətlə azərbaycanlı alimi səmimi-qəlbdən təbrik edir, bundan sonrakı fəaliyyətində də davamlı uğurlar arzulayır.