Bu ilin ilk 8 ayında Azərbaycandan 157,2 milyon dollar həcmində 143 min 995 ton pomidor ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, pomidor ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 17,6 milyon dollar və ya 12,6%, miqdar ifadəsilə isə 27 min 43 ton, başqa sözlə 23,1% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycandan 139,5 milyon dollar dəyərində 116 min 952 ton pomidor ixrac olunmuşdu.
Bu ilin ilk 8 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi pomidorun 1 kiloqramının orta ixrac qiyməti 1 manat 86 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 2 manat 2 qəpik idi. Bu da illik müqayisə ilə 16 qəpik və ya 7,9% ucuzlaşma deməkdir.
Bu il 8 ayında ümumi ixracın 0,92%-i, qeyri-neft sektoru üzrə ixracın isə 6,55%-i pomidorun payına düşüb. Ötən ilin eyni dövründə isə ümumi ixracdakı payı 0,77% olub.