Bu ilin ilk 7 ayında Azərbaycandan 3,9 milyon dollar həcmində 431 ton çay ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, çay ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 317 min dollar və ya 8,8%, miqdar ifadəsilə isə 31,6 ton, başqa sözlə 7,9% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycandan 3,6 milyon dollar dəyərində 399 ton çay ixrac olunmuşdu.
Bu ilin ilk 7 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi çayın 1 kiloqramının orta ixrac qiyməti 15 manat 42 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 15 manat 29 qəpik idi. Bu da illik müqayisə ilə 13 qəpik və ya 0,9% bahalaşma deməkdir.