Bu ilin ilk 7 ayında Azərbaycana 55,1 milyon dollar həcmində 25 min 180 ton ət idxal edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ət idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 13,4 milyon dollar və ya 19,6%, miqdar ifadəsilə isə 5 min 543 ton, başqa sözlə 18% azalıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycandan 68,5 milyon dollar dəyərində 30 min 723 ton ət idxal olunmuşdu.
Bu ilin ilk 7 ayının nəticələrinə görə Azərbaycanın idxal etdiyi ətin 1 kiloqramının orta idxal qiyməti 3 manat 72 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 3 manat 79 qəpik idi. Bu da illik müqayisə ilə 7 qəpik və ya 1,8% ucuzlaşma deməkdir.
Bu il 7 ayında ümumi idxalın 0,40%-ı ətin payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 0,64% olub.