Bu ilin yanvar-noyabr aylarında Azərbaycan xaricə 107,7 milyon ABŞ dolları dəyərində xurma ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın son sayında bildirir.
Məlumata görə, bu, ötən ilin 11 ayı ilə müqayisədə 21,2 milyon ABŞ dolları və ya 24,5% çoxdur.
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 86,5 milyon ABŞ dolları dəyərində xurma ixrac edib.
Təkcə noyabr ayında 40,9 milyon dollarlıq xurma ixrac olunub ki, bu da illik 7,3 milyon dollar (21,7%) çoxdur.
Ötən ilin noyabr ayında Azərbaycandan xarici ölkələrə 33,6 milyon ABŞ dolları dəyərində xurma ixrac edilib.











