Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan 15 ölkədən ümumilikdə 97,1 milyon dəyərində 18,2 min ton kərə yağı idxal edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən 1 kq kərə yağının orta idxal qiyməti 8 ayın nəticələrinə görə təqribən 9,1 manata bərabər olub.
Ən çox yağ İrandan (11,2 min ton) və Yeni Zelandiyadan 4,1 min tona yaxın idxal edilib. Ən bahalı yağ 32 manat 87 qəpiyə Portuqaliyadan, ən ucuz yağ isə 6 manat 90 qəpiyə Rusiyadan idxal olunub.
Bu dövrdə Azərbaycan özü 3 ölkəyə kərə yağı ixrac edib. İxracın ümumi dəyəri 45,8 milyon dollar, miqdarı isə 7,4 min ton təşkil edib. Bu dövrdə 1 kq yağın orta idxal qiyməti 10,53 manata bərabər olub. Daha ətarflı aşağıdakı cədvəldə:
|
KƏRƏ YAĞININ ÖLKƏLƏR ÜZRƏ İDXALI (YANVAR-AVQUST) |
||||
S/N |
Ölkələr |
Miqdar (ton) |
İdxal məbləği (dollar) |
1 kq orta idxal qiyməti (dollar) |
1 kq orta idxal qiyməti (manat) |
|
Kərə yağı |
18 165,6 |
9 7097 140 |
5,35 |
9,09 |
1 |
Portuqaliya |
0,6 |
11 600 |
19,33 |
32,87 |
2 |
İtaliya |
0,4 |
5 400 |
14,59 |
24,81 |
3 |
Niderland |
0,5 |
4 320 |
8,64 |
14,69 |
4 |
Türkiyə |
57,6 |
496 620 |
8,62 |
14,65 |
5 |
Latviya |
3,0 |
25 730 |
8,61 |
14,63 |
6 |
Litva |
20,8 |
163 930 |
7,89 |
13,42 |
7 |
Fransa |
198,6 |
1 480 750 |
7,46 |
12,68 |
8 |
Finlandiya |
521,0 |
3 696 910 |
7,10 |
12,06 |
9 |
Belçika |
95,4 |
673 330 |
7,06 |
12,00 |
10 |
Almaniya |
166,0 |
1 126 520 |
6,79 |
11,54 |
11 |
Ukrayna |
639,6 |
4 286 730 |
6,70 |
11,39 |
12 |
Yeni Zelandiya |
4 065,2 |
25 916 980 |
6,38 |
10,84 |
13 |
Belarus |
807,0 |
5 109 980 |
6,33 |
10,76 |
14 |
İran İslam Respublikası |
11 569,6 |
54 015 110 |
4,67 |
7,94 |
15 |
Rusiya |
20,5 |
83 220 |
4,06 |
6,90 |
|
KƏRƏ YAĞININ ÖLKƏLƏR ÜZRƏ İXRACI (YANVAR-AVQUST) |
||||
s/n |
Kərə yağı |
7 392,0 |
45 784 830 |
6,19 |
10,53 |
1 |
İraq |
3,0 |
28 880 |
9,66 |
16,42 |
2 |
Gürcüstan |
2,5 |
17 270 |
6,80 |
11,56 |
3 |
Rusiya |
7 386,5 |
45 738 680 |
6,19 |
10,53 |