Salyan rayonunun Şorsulu kəndində fəaliyyət göstərən ilbiz istehsalı müəssisəsi Avropa İttifaqı (Aİ) ölkələrinə məhsul ixrac edəcək.
Bu barədə FED.az-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, müəssisənin ilbiz məhsullarının ixracına dair məlumatlar Aİ-nın TRACES (Trade Control and Expert System) elektron platformasında müvafiq siyahıya daxil edilib.
Daha öncə Avropaya dəri, kürü və qurbağa ayağı məhsullarının ixracına icazə alınıb.










