Bu ilin ilk 8 ayında Azərbaycandan 43,4 milyon dollar həcmində 61 min 894 ton alma ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, alma ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 15,1 milyon dollar və ya 53,1%, miqdar ifadəsilə isə 18 min 876 ton, başqa sözlə 43,9% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycandan 28,3 milyon dollar dəyərində 43 min 18 ton alma ixrac olunmuşdu.
Bu ilin ilk 8 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi almanın 1 kiloqramının orta ixrac qiyməti 1 manat 19 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 1 manat 12 qəpik idi. Bu da illik müqayisə ilə 7 qəpik və ya 6,2% bahalaşma deməkdir.
Bu il 8 ayında ümumi ixracın 0,25%-i, qeyri-neft sektoru üzrə ixracın isə 1,81%-i almanın payına düşüb. Ötən ilin eyni dövründə isə ümumi ixracdakı payı 0,16% olub.