Bu ilin ilk 10 ayında Azərbaycan Rusiyadan 656 milyon 761 min dollar dəyərində 6 min 784 kq qızıl idxal edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Rusiyadan qızıl idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 496 milyon 135 min dollar və ya 4,1 dəfə, miqdar ifadəsilə isə 4 min 799 kq, başqa sözlə 3,4 dəfə artıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində Rusiyadan 160 milyon 626 min dollar dəyərində 1 min 985 kq qızıl idxal olunmuşdu.
Bu ilin ilk 10 ayının nəticələrinə görə Rusiyadan idxal edilən qızılın 1 kiloqramının orta idxal qiyməti 96 min 815 dollar (təxminən 164,6 min manat) təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 80 min 918 dollar (təxminən 137,6 min manat) idi. Bu da illik müqayisədə 15 min 897 dollar (27 min manat) və ya 19,6% bahalaşma deməkdir.
Bu kəskin artım nəticəsində Rusiya Azərbaycanın ikinci ən böyük qızıl tədarükçüsünə çevrilib.










