Bu ilin ilk 10 ayında Azərbaycan Türkiyədən 99 milyon 315 min dollar dəyərində 1 min 157 kq qızıl idxal edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Türkiyədən qızıl idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 97 milyon 826 min dollar və ya 66,7 dəfə, miqdar ifadəsilə isə 1 min 87 kq, başqa sözlə 16,5 dəfə artıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində Türkiyədən cəmi 1 milyon 488 min dollar dəyərində 70 kq qızıl idxal olunmuşdu.
Bu ilin ilk 10 ayının nəticələrinə görə Türkiyədən idxal edilən qızılın 1 kiloqramının orta idxal qiyməti 85 min 821 dollar (təxminən 145,9 min manat) təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 21 min 257 dollar (təxminən 36,1 min manat) idi. Bu da illik müqayisədə 64 min 564 dollar (109,8 min manat) və ya 4 dəfə bahalaşma deməkdir.










