2023-cü ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 10,8 faiz artaraq 913,9 manat təşkil edib.
Azərbaycanda ən yüksək və ən aşağı əmək haqqı olan – RAYON/ŞƏHƏRLƏR – SİYAHI, MƏBLƏĞLƏR (31.03.2023)
FED.az biznes və maliyyə xəbərləri portalı “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Bildirilib ki, əməkhaqqı neft-qaz sektorunda 3714,9 manat, qeyri neft-qaz sektorunda 860,0 manat olub.
Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 861,7 manat, özəl müəssisələrdə isə 972,1 manat təşkil edib.