Bu ilin yanvar-avqust aylarında Bakı şəhərində ticarət dövriyyəsinin həcmi 14,603 mlrd. manat təşkil edib.
Eləcə də bax: Bakıda restoranların dövriyyəsi - 13% Artıb
FED.az xəbər verir ki, Bakı şəhəri Statistika İdarəsinin məlumatına görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 3,4% çoxdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,6% artaraq 7,429 mlrd. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 0,4% artaraq 7,174 mlrd. manata bərabər olub.
Qeyd edək ki, istehlak məhsullarının 37,1%-i hüquqi şəxs statuslu müəssisələrdə, 41,7%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 21,2%-i isə paytaxtın məhsul bazarlarında satılıb. (Apa)