Paytaxtda fəaliyyət göstərən restoranların aylıq dövriyyəsi məlum olub.
Eləcə də bax: Bakıda ödənişli xidmətlərin dəyəri - 8% ARTIB
FED.az Bakı Şəhər Statistika Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-iyun aylarında ictimai iaşə dövriyyəsinin həcmi 438,1 milyon manat olub. Bu – aylıq 73 milyon dövriyyə deməkdir.
2021-ci ilin müvafiq dövrü ilə müqayisədə restoranların dövriyyəsi 62,3 faiz artıb. Kəskin artım restoranlarla bağlı məhdudiyyətlərin ləğv edilməsi ilə bağlıdır.
Bu dövrdə şirkətlər tərəfindən ictimai iaşə dövriyyəsi 279,6 milyon manat olmuşdur ki, bu da ümumi dövriyyənin 63,8 faizini təşkil etmişdir.