Bu ilin ilin yanvar-iyun aylarında Bakının ictimai iaşə dövriyyəsi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 50,6% azalaraq 238,6 mln. manat olub.
Eləcə də bax: "Restoran və mağazaların açılması məsələsi müzakirə olunur"
FED.az xəbər verir ki, Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata görə, hesabat dövründə özəl sektorda ictimai iaşə dövriyyəsinin 63,9%-i hüquqi şəxs statuslu müəssisələrin, 36,1%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb.
Hüquqi şəxslər üzrə dövriyyə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 28,1% azalaraq 153,7 mln. manat olub. (Apa)