Bu ilin III rübündə Azərbaycanın ictimai iaşə dövriyyəsi illik və rüblük ifadədə artıb.
Eləcə də bax: Bakıda orta aylıq əməkhaqqı - AÇIQLANIB
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, iyul-sentyabr aylarında ölkənin ictimai iaşə dövriyyəsinin həcmi 264 233,9 min manat təşkil edib ki, bu da ötən ilin III rübü ilə müqayisədə 65,9% çoxdur. Cari ilin II rübü ilə müqayisədə isə bu göstərici 15,5% artıb.
Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında Azərbaycanın ictimai iaşə dövriyyəsi illik ifadədə 15,9% artaraq 631 064,3 min manat təşkil edib.