2022-ci ilin yanvar-noyabr aylarında ictimai iaşə dövriyyəsi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 41.9% artaraq 1 378.9 milyon manat olub.
Noyabrda ən çox bahalaşan ərzaq malları - SİYAHI
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi bildirir.
Komitənin hesabatına əsasən, özəl sektorda ictimai iaşə dövriyyəsinin 49.9%-i hüquqi şəxslərin, 50.1%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2021-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 38% artaraq 684 milyon manat olub.