Bu ilin yanvar-mart aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 1,8 dəfə artaraq 288 mln. manat olub.
Eləcə də bax: Kafe və restoranlarda əlavə alınan xidmət haqqı qanunidir? - AÇIQLAMA
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 48,1%-i hüquqi şəxslərin, 51,9%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2,1 dəfə artaraq 137 mln. manat təşkil edib. (Apa)