2024-cü ilin yanvar-fevral aylarında ictimai iaşə dövriyyəsi 294,9 milyon manat olub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 12,8 faiz çoxdur.
Özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,4 faizi hüquqi şəxslərin, 49,6 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 13,1 faiz artaraq 146,9 milyon manat təşkil edib.