2023-cü ilin yanvar-noyabr aylarında iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə orta aylıq nominal əməkhaqqı göstəriciləri açıqlanıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Məlumata görə 2023-cü ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11,2 faiz artaraq 923,1 manat təşkil edib.
Əməkhaqqı neft-qaz sektorunda 3479,2 manat, qeyri neft-qaz sektorunda 874,4 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 890,0 manat, özəl müəssisələrdə isə 959,1 manat olub.
Ən yüksək əmək haqqı alanlar mədən çıxarma sənayesində çalışanlar olub - 3 339,4 manat. Dövlət sektorunda çalışan mədənçilər 2 183, özəl sektorda çalışanlar isə 3 962,3 manat əmək haqqı alıb.
İkinci yerdə isə maliyyə və sığorta fəaliyyəti ilə məşğul olanlar olub. Onların orta aylıq əmək haqqı 2 308,1 manat təşkil edib. Dövlət sektorunda çalışan maliyyəçi və sığortçılar 2 694 manat, özəl sketorda isə 2 211,9 manat olub.
Daha ətraflı aşağıdakı cədvəldə tanış ola bilərsiniz.