Yanvarın 1-dən pensiyalar orta aylıq əməkhaqlarının artımı qədər artırılacaq.
FED.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.
Eləcə də bax: “Əmək pensiyaları haqqında” Qanun - DƏYİŞDİRİLİR
Onun sözlərinə görə, bu artımın 13-14 faizə yaxın olacağı gözlənilir: “Yanvarın 1-dən pensiyalar orta aylıq əməkhaqlarının artımı qədər - təxminən 13-14 faizə yaxın artırılacaq. Bu, bütün pensiyalara, o cümlədən minimum pensiayalara şamil olunacaq”.
A.Kərimov əlavə edib ki, artımdan sonra minimal pensiyaların məbləğinin 230 manata çatacağı gözlənilir:
“Artıq minimum pensiyaların məbləğini təqribən 72 faiz artıraraq 200 manata çatdırmışıq. Biz gözləyirik ki, indeksləşdirilmə nəticəsində baş verəcək artımdan sonra pensiyaların minimal məbləği 230 manata yaxın olacaq”.
Trend