Bu gün keçirilən V Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimində Rusiya prezidenti Vladimir Putinin Forum iştirakçılarına müraciəti oxunub.
APA-nın məlumatına görə, Rusiya prezidenti müraciətində bildirib ki, qısa vaxtda Forum böyük nüfuz qazanıb. Qeyd olunub ki, bu gün Azərbaycan növbəti dəfə Forum iştirakçılarını qəbul edir: “İnanıram ki, dünyada qarşılıqlı anlaşmanın genişlənməsi sahəsində müzakirələr faydalı olacaq. Forum böyük uğurlar arzulayıram”.


 
            
 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








