FED.az xəbər verir ki, SOCAR Risklərin idarə edilməsi üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir.
Eləcə də bax: Beynəlxalq Bank işçi axtarır - VAKANSİYA
Elanın bitmə tarixi 07.01.2020
Keçid kodu 04623/2019 EXT
Müəssisə, Təşkilat Karbamid zavodu
Struktur vahidi Rəhbərlik yanında aparat
Ştat vəzifəsinin adı Mühəndis
Struktur vahidinin ünvanı Bakı-Quba yolunun 35-ci kilometrliyi
Şəhər/rayon Sumqayıt şəhəri
Müqavilənin növü Müddətli
Əməyin ödənilmə dərəcəsi 12
Əmək haqqı 948.00 azn/aylıq
Əlavə məlumat Faktiki iş günlərinə uyğun gündəlik 3 manat yemək xərci verilir.
İş şəraiti Normal
İş rejimi Tam iş vaxtı (həftədə 40 saat)
Əlavə məlumat
Yataqxana Təmin olunmur
İş yerinə çatdırılma Təmin olunur
Q.Qarayev metrosu, H.Aslanov metrosu, Ukrayna dairəsi, Əhmədli metrosu,
Xalqlar dostluğu metrosu, 20 yanvar metrosu, Karbamid zavodu.
Sığorta Tibbi, Həyat
Vəzifə öhdəlikləri (funksiyalar)
•Müəssisənin əməliyyat risklərini aşkar etmək, təhlilini aparmaq,
qiymətləndirmək, tənzimləmək və monitorinq yolu ilə müəyyən edilmiş
funksiyaları həyata keçirmək;
•Risklərin idarə edilməsi və daxili nəzarət sisteminin təkmilləşdirilməsi və
risklərin idarə edilməsinə yönəldilən tədbirlərin həyata keçirilməsinə dair
təkliflərin hazırlanmasını təmin etmək;
•Nəzarət formalarının effektivliyinin təmin edilməsi və risklərin
minimallaşdırılması üçün həyata keçirilən fəaliyyətin təmin edilməsini analiz
etmək və yoxlamaq;
•İşçilərin həyat və tibbi sığortaları üzrə məlumatları toplayaraq, müvafiq
sığorta şirkətinə göndərmək;
•Sığorta məbləğlərinin düzgün hesablanmasına nəzarət etmək;
•Müəssisədə hadisələrin baş verməsi zamanı yaranan maddi və qeyri-maddi
zərər, itirilən imkanlar, yaxud hədəflərə nail ola bilməmə təhlükələrinin
araşdırılmasında iştirak etmək və nəzarətdə saxlamaq;
•Müəssisədə risk sahəsinə dair metodologiyanı hazırlamaq və davamlı
təkmilləşdirmək;
•Zavodda risk pasportlarınin hazırlanmasını təmin etmək;
•Sahəyə aid hesabatları tərtib etmək.
Tələblər
Vətəndaşlıq Azərbaycan
Tələb edilən təhsil Ali bakalavr Müvafiq sahə üzrə 2 İl
Müvafiq sahə üzrə İş təcrübəsi dedikdə 2 il risklərin idarə olunması sahəsində mütəxəssis və ya rəhbər vəzifələrdə iş təcrübəsi nəzərdə tutulur.
Sertifikat tələbləri
Tələb edilən sertifikat yoxdur.
Səriştəlik və digər tələblər
Məsuliyyət
Nizam-intizam
Dürüstlük
Etik davranış
Peşəkarlıq
Şifahi özünüifadə
Bilməlidir
•Sahənin fəaliyyətinə aid Azərbaycan Respublikasının qanunlarını, normativ aktları, təlimatları;
•Risk faktorlarının aşkar edilməsi, qiymətləndirilməsi, risklərin növlərini;
•Risklərin azaldılması üsulları və metodlarının inkişafı prinsiplərini;
•ISO 31000 2009 - risklərin idarə edilməsi prinsipləri və təlimatlarını;
•İcbari və tibbi sığorta haqqında qanunu;
•Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, ilk tibbi yardım və yanğından mühafizə
qayda və normalarını.
Vakansiyaya müraciət etmək üçün link: https://bit.ly/2SfoKXR