“Bu il Azərbaycana gələn turistlərin sayında kifayət qədər artım müşahidə olunub”.
Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, viza rejiminin sadələşdirilməsi, qonaqpərvərlik sahəsində aparılan iş müsbət nəticəsini verməkdədir: “Hazırda biz otellərdə yerlərin məhdudluğu ilə rastlaşırıq. Azərbaycana gələn insanlar otellərdə çox vaxt yer tapa bilmirlər. Bu, stimuldur. Növbəti mərhələdə yeni otellərin tikilməsi nəzərdə tutulur”.
Apa©
Nazir: “Hazırda otellərdə yer çatışmazlığı var”

15:46
15 Sen 2016