2023-cü ilin sonuna işsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaiti azalır.
FED.az xəbər verir ki, bu, “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, 2023-cü ilin sonuna İşsizlikdən Sığorta Fondunun istifadə olunmamış vəsaiti 57 953 200,0 manatdan 53 253 200,0 manata endirilir.
Eyni zamanda layihəyə əsasən, işsizlikdən sığorta üzrə sığorta haqlarının 179 976 800,0 manatdan 184 676 800,0 manata qaldırılması proqnozlaşdırılır. Bu, qeyri-büdcə sektoru üzrə işsizlikdən sığorta üzrə sığorta haqlarının 134 600 000,0 manatdan 139 300 000,0 manata qaldırılması hesabına təmin ediləcək.
Beləliklə, İşsizlikdən Sığorta Fondunun istifadə olunmamış vəsaitində 4 700 000 manat azalma və qeyri-büdcə sektoru üzrə işsizlikdən sığorta üzrə sığorta haqlarının 4 700 000 manat artırılması nəticəsində İşsizlikdən sığorta fondunun gəlir və xərcləri dəyişmir.
Qeyd edək ki, İşsizlikdən Sığorta Fondunun 2024-cü il büdcəsinin gəlirləri 238 000 000,0 manat, xərcləri 238 000 000,0 manat məbləğində təsdiq edilib.