2017-ci ilin 8 dekabr tarixində “Azərbaycan Dəmir Yolları” QSC-nin baş sponsorluğu və dəstəyi ilə “Fairmont” otelində keçiriləcək sammitin məqsədi insan resursları idarəçiliyi sahəsində beynəlxalq təcrübənin yerli şirkətlərdə tətbiqinin keyfiyyətini yaxşılaşdırılmasına tövhə vermək, həmçinin Azərbaycanda və digər ölkələrdə ən yaxşı təcrübələrin müzakirə edilməsi yolu ilə ümumilikdə ölkədə insan resursları idarəçiliyinin inkişafına dəstək olmaqdır.
Sammitdə hansi məsələlər diqqət mərkəzində olacaq?
“Marka dəyərinin yaradılmasında insan resursları idarəçiliyinin rolu” başlığı altında keçirilən sammitdə yerli və beynəlxalq təcrübədən yararlanaraq, dünyada baş verən dəyişikliklər, qloballaşma, demoqrafiyanın dəyişməsi, fiziki kapitalın ikinci plana keçməsi, əvəzində isə insan resurslarının strateji rolunun artması və s. məsələlər haqqında məlumat veriləcəkdir.
Sammitin movzuları və Spikerlər hansı prinsiplə seçiliblər?
Spikerlərimiz yerli və xarici olmaqla böyük təcrübəyə sahib yüksək imicli və statuslu qurumların insan resursları strukturları üzrə rəhbərləri, həmçinin insan resursları sahəsini kurasiya edən yüksək vəzifəli şəxsləri sırasından seçilib.
Sammitin keçirilməsinin Azərbaycandakı şirkətlərə və işəgötürənlərə hansı faydaları olacaq?
Sammitdə iştirak edən iştirakçilar sahə üzrə yeni tətbiqlərlə bağlı müzakirələrin iştirakçısı olmaqla yanaşı, həm də ölkənin ən öndə olan insan resursları peşəkarları ilə faydalı ünsiyyət qurmaqla öz peşəkar əhatə dairələrini daha da genişləndirə və daha səmərəli şirkətlərarası əməkdaşlıq əlaqələri qura biləcəklərinə ümid edirik.
Sizcə hazırda Azərbaycanda HR xidmətinin səviyyəsi və bu sahənin inkişafı ilə bağlı vəziyyət nə yerdədir?
Ölkə başçısının məqsədyönlü siyasi və iqtisadi islahatları nəticəsində bir çox sahələr inkişaf etdiyi kimi HR sahəsi də günü-gündən daha da inkişaf edir. Bunun bariz nümunələrindən biri kimi 2015-ci ildə ölkədə ilk dəfə HR Forum təşkil edilmiş, iki il sonra da bu sahədə yenə ilkə imza atılaraq sammit təşkil edilməkdədir. Bu sammitin keçirilməsi də əmək bazarında olan HR ların tələblərinə görə təşkil edilib.
İqtisadi böhran və geriləmə dövründə HR xidmətinin rolu və üzərinə düşən vəzifələr hansılardır?
HR şirkətin əsas sütunu və görünməz qəhramanlarındandır. Həm böhran zamanı həm də digər vaxtlarda üzərinə düşən vəzifə əlindəki kadrları ixtisar etmək deyil, əksinə əmək bazarının tələblərinə görə daha da inkişaf etdirməkdir.
Sammitə kimlər qatıla bilər? İştirak şərtləri və sammitə maraq necədir?
Əsas dinləyici hədəfimiz insan resurslarının idarə edilməsi sahəsi üzrə peşəkarlar və insan resursları idarəçiliyi funksiyalarının tətbiqi ilə təmasda olan, həmçinin bu sahə üzrə qərar verən yerli və xarici rəhbər şəxslərdir. İştirak şərtləri isə çox sadədir. "Sammit haqqında ətraflı məlumat və iştirak şərtləri ilə www.hrsummit.az rəsmi səhifəsindən tanış ola bilərsiniz. Biletlərin əldə edilməsi və çatdırılması üçün +994553009532 nömrəsi ilə əlaqə saxlanıla bilər. Qeyd edək ki, biletlərin çatdırılması təşkilatçılar tərəfindən həyata keçirilir və ödənişə daxildir."
İlkin Məcidli
“HR Summit Baku 2017”
Təşkilat Komitəsinin üzvü
“HR Summit Baku 2017”
Təşkilat Komitəsinin üzvü